|
Daxili İşlər Nazirliyi Şirvandakı atışma barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş vermiş silahlı qarşıdurmaya dair məlumat yayıb.
Noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk ediblər.
Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölüblər. 
Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.   
Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 
Qeyd edk ki, Elvin Nəciyev kriminal aləmdə “krutoy Elvin” kimi tanınırmış...
Cia.az