|
“Qol vurmaq üçün şansımız olmadı” –

“Gözlənildiyi kimi, oyun çətin alındı. Təəssüf ki, qol vurmaq üçün şansımız olmadı”.

Bu sözləri “Qəbələ”nin futbolçusu Derlis Meza Kolli Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Borussiya"ya (Dortmund) 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Təcrübəli yarımmüdafiəçi alman azarkeşlərin çoxluğunun onlar üçün problem yaratmadığını söyləyib:

 “Bakıdakı ilk oyuna yaxşı başlamışdıq. Qol vurmaq üçün şansımız da var idi. Lakin bu dəfə hər şey fərqli alındı. “Borussiya” daha çox hücum edirdi və fərqlənirdi. Belə baxanda, 4 qol buraxmağımız oyuna görə idi. Rəqibin azarkeşləri komandalarına güclük dəstək verirdilər. Lakin bu, oyunumuza heç bir təsir etmədi”.

Cia.az