Bakıda əvvəllər məhkum olunmuş qardaşlar saxlanılıb.
Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunan Bəxtiyar Quliyev və qardaşı, əvvəllər məhkum olunmuş Rahib Quliyevi şübhəli şəxs qismində saxlayıblar. Rahibin üzərinə baxış zamanı 450 qram marixuana aşkar edilərək götürülüb.
Bəxtiyar Quliyevin noyabrın 1-də Ağcabədi rayonunda Ülfət Namazova məxsus mağazadan quldurluq yolu ilə 100 manat aparması da müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.
Cia.az
