|
269 radioelektron vasitə qeydiyyatından keçməyibmiş

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) bu ilin ötən 10 ayında dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin (REV) sayını açıqlayıb.

İdarənin mütəxəssisləri bu ilin yanvar-oktyabr aylarında DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib və ümumilikdə 544 akt tərtib ediblər.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 269 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür.

Cia.az