Şirvan şəhərində qətl hadisəsi baş verib.
Şirvan sakini, 1983-cü il təvəllüdlü Elvin Quliyev ürəyindən güllələnib. O, tapançadan açılan atəşlə qətlə yetirilib.
Hadisənin motivləri və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
***
APA-nın məlumatına görə, baş verən insident zamanı Nəziyev Elvindən başqa, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu da tapançadan açılan atəşlə qətlə yetirilib.
Baş verən qətl hadisəsi ilə əlaqədar 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Cia.az
