Avropa İnsan Haqları Məhkəməsi bu gün vicdan məhbusu, Müsavat başqanının müvini Tofiq Yaqublu ilə bağlı qərar qəbul edib.
Bu haqda "Basta"ya Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Beynəlxalq İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Tofiq Yaqublu dərhal azad edilməli, ona təzminat olaraq 24000 avro ödənilməlidir.
T.Yaqublu 2013-cü ildə həbs edilib. Onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Onu da qeyd edək ki, bu, Nemət Kərimlinin Avropa Məhkəməsinə çıxardığı ilk iş idi.
Cia.az
