|
Zakir Həsənov Qazaxıstanın baş naziri ilə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Kərim Məsimov ilə görüşüb.

Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.

Cia.az