|
Keçmiş polis 14 min manat və 7 il yarım iş aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mobil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesə hakim Faiq Qəniyev sədrlik edib.

Prosesdə hökm oxunub. Hökmə görə, M.Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mobil Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mühafizə İdarəsinin (BMİ) keçmiş əməkdaşı olub.

M.Süleymanov Qəşəm Əliyev və Almaz Zeynalovanın etibarını qazanaraq onlardan 14 min manat pul alıb. Təqsirləndirilən şəxs Q.Əliyev və A.Zeynalovanın oğlunu BMİ-yə işə düzəldəcəyinə söz versə də bu əməlini yerinə yetirməyib. Məhkəmə zamanı təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı tam ödəyib.

Cia.az