|
"Fənərbaxça"nın futbolçusu 1 aylıq sıradan çıxdı

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda bu axşam "Ayaks"la qarşılaşacaq "Fənərbaxça" ciddi itki ilə üzləşib.

Komandanın futbolçusu Lazar Markoviç zədələnərək sıradan çıxıb.

Superliqada "Osmanlıspor"la görüşdə zədə alan serbiyalı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Zədə səbəbindən Markoviç "Ayaks"la oyun üçün Hollandiyaya aparılmayıb.

Qeyd edək ki, müqavilə ilə "Liverpul"a məxsus olan 21 yaşlı futbolçu "Fənərbaxça"da icarə əsasında oynayır. 

Cia.az