|
"Qarabağ"a uduzacağımız ağlıma gəlməzdi"

"Londona qələbə üçün gəlmişik. Əgər məğlubiyyət haqda düşünsəydik, oyuna çıxmağın mənası olmazdı. Üç xal qazanmaq üçün hər şey edəcəyik".

Bu sözləri "Anderlext"in futbolçusu Stefano Okaka Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Tottenhem"lə səfər oyunu öncəsi deyib.

O, "Qarabağ"la uduzduqları matçı da xatırladıb:

"Qarabağ"a uduzacağımız  ağlıma gəlməzdi. Ancaq "Monako" və "Tottenhem"ə qarşı yaxşı oynadıq".

S.Okaka qrup lideri olmaq üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, "Tottenhem" - "Anderlext" qarşılaşması bu gecə saat 00:05-də başlayacaq.

Cia.az