|
Bişkekdə Bəxtiyar Vahabzadənin yubileyi keçiriləcək

Noyabrın 11-də TÜRKSOY, Azərbaycanın Qırğızıstandakı səfirliyi, bu ölkənin Milli Kitabxanası və Qırğızıstan Xalqları Assambleyasının təşəbbüsü ilə Bişkek şəhərində xalq Şairi, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunacaq.

Cia.az-ın məlumatına görə, tədbirdə Qırğızstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Türkiyə və Qazaxstandan dəvət olunan qonaqlar da iştirak edəcək.

Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimat mərasimi də keçiriləcək.

Cia.az