Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Sankt-Peterburqun "İmperial" şapito-sirkinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda noyabrın 6-15-nə planlaşdırılan qastrolları ilə bağlı məlumatlara görə, şəhərin administrasiyasına etiraz məktubu göndərib.
Bun barədə haqqin.az saytına Baş Konsulluqdan deyiblər.
Haqqin.az saytı bir müddət əvvəl peterburqlu sirk ustalarının erməni işğalı altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa qanunsuz qastrol səfərinə hazırlaşdıqları barədə məlumat yaymışdı.
Cia.az
