|
Tənha rus qadının mülkünü ələ keçirən vəkilə hökm oxundu
Bu gün Bakı Ağır Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Kərimovun və Nurlan Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, Eldəniz Kərimov 7 il, Nurlan Rəhimli isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı zamində olublar. Hər ikisi məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələzduzluq) maddəsi ilə ittiham olunur. Onlar dələduzluq yolu ilə kimsəsiz milliyyətcə rus olan qadının əmlakını ələ keçiriliblər. Onu da qeyd edək ki, Eldəniz Kərimov vəkil olub.
Cia.az