|
Bakıda qəribə oğurluq:
Bakıda maraqlı oğurluq hadisəsi baş verib.
Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Yasamal rayonu ərazisindəki evlərdən birinə girən oğuru pul tapa bilməyib. 
11-ci Nərimanov döngəsində yaşayan Mehriban Əzizovanın evinə girən oğuru bu zaman əlinə keçən nə varsa, aparıb.
Naməlum şəxs evdən 2 ədəd xalça, 4 ədəd yorğan, 5 ədəd döşək, su və qaz sayğaclarını və qaz plitəsini aparıb. 
 
Ev sahibi polisə maüraciət edib.
Cia.az