|
Akif Çovdarov hələ də öz kabinetindədir

General Akif Çovdarovun MTN-dəki vəzifəsindən azad edilməsi barədəki məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

Xatırladaq ki, bir sıra KİV-lərdə general Akif Çovdarovun vəzifəsindən azad olunması, hətta həbs edilməsi barədə informasiyalar yayılıb.

“Bu informasiya həqiqəti əks etdirmir. Akif Çovdarov öz işinin başındadır, hələ də öz kabinetindədir” - deyə mənbə bildirib.

Cia.az