|
"Bunu indiyənə kimi gizlətmişəm" -

Aktrisa Ülviyyə Əliyeva xeyriyyə tədbiri keçirəcək. 
Cia.az-a açıqlama verən “Keyxanım” xərçəngdən əziyyət çəkən körpələri sevindirəcəyini bildirib:
“Bu günə kimi bir çox xeyriyyə tədbiri keçirmişəm. Amma heç vaxt onla özümü reklam etməmişəm. Bunu indiyənə kimi gizlətmişəm. İndi qərara gəldim ki, tədbirlərimlə bağlı açıqlama verəcəm. Başqalarına da örnək olsun. Bu dəfə xərçəngdən əziyyət çəkən uşaqları sevindirəcəm. İlk tədbir noyabrın 10-da Milli Onkologiya Mərkəzində baş tutacaq. Elə uşaqlar var ki, onların günü xəstəxanada keçir. Onları bir az da olsa sevindirmək istəyirəm. İkinci tədbir isə noyabrın 11-də Kukla Teatrında olacaq".

Ü.Əliyeva mediada yayılan keçmiş nişanlısı ilə barışıq xəbərlərinə də münasibət bildirib:

“Bundan sonra şəxsi həyatımla bağlı heç bir açıqlama verməyəcəm. O, xəbəri yazanları isə məhkəməyə şikayət edəcəm. Məndən soruşmadan, özlərindən xəbər yazıblar. Bunu nə təsdiq, nə də inkar edirəm. Mənim yaradıcılığım, aktrisalıq fəaliyyətim var. İnsanlar bunlarla bağlı xəbərlər oxusun. Şəxsi həyatını işi-gücü olmayan gündəmə gətirsin. Mənimsə buna ehtiyacım yoxdur”.

Cia.az