|
Moldovadakı seçkilərdə sosialistlər qalib gəlir

Moldova MSK məntəqə seçki komissiyalarından daxil olan protokolların 95,85 % n-i hesablayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat verib.

İqor Dodonun Sosialist partiyası 21,03 faizlə seçkilərdə irəlidədir. İkinci yerdə Liberal-Demokrat partiyası (19,68%), üçüncü yerdə Kommunist partiyası yer alır (17,68%). Moldovanın Demokrat partiyası isə 15, 89% səs toplaya bilib.

Bundan əvvəl, Moldova sosialistlərinin yeni parlamentdə Gömrük İttifaqına qoşulmaq niyyəti ilə referendum keçirilməsi təşəbbüsü ilə çıxış edəcəkləri bildirilirdi.