Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb.
"Trend"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarədə 5 ekipaj üzvü və 7 sərnişin olub.
Cuba şəhərində baş vermiş qəza nəticəsində yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb.
Virtualaz.org saytı xatırladır ki, oktyabrın 31-də Rusiya aviaşirkətinə məxsus olan və Şarm-əl-Şeyx (Misir)-Sankt-Peterburq (Rusiya) reysi üzrə hərəkət edən təyyarə də qəzaya uğramışdı. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü vardı. Onların hamısı qəzada həlak olmuşdu.
Cia.az
