Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə əvvəl 9-cu mikrorayonda Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilməkdə olan binada intihara cəhd hadisəsi qeydə alınıb.
Cia.az xəbər verir ki, sözügedn intihara cəhdlə bağlı FHN məlumat yayıb:
"Binəqədi rayonunda 1 nəfərin intihar məqsədi ilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən yayınıb".
Cia.az
