İraqın tanınmış siyasətçisi Əhməd Çələbi dünyasını dəyişib. İnfarktdan ölən siyasətçi bu gün dəfn ediləcək.
Qeyd edək ki, bu siyasətçinin səyləri nəticəsində ABŞ ordusu İraqa girdi. O, iddia edirdi ki, İraqın keçmiş prezidenti Səddam Hüseynin əlində nüvə silahı var. Bunu əlində bayraq edən ABŞ öz ordusunu İraqa göndərdi. Səddam Hüseyn edam edildikdən sonra ABŞ və İngiltərədə sürgün həyatı sürən siyasətçi İraqa döndü.
Xatırladaq ki, 2006-cı ildə İraqın keçmiş prezidenti Səddam Hüseyn haqqında edam qərarı çıxarmış hakim Rauf Abdul Rəhman bu ölkədə üsyana qalxmış sünnilər tərəfindən edam edilib
Cia.az
