|
Meksikada Alim Qasımov haqqında veriliş hazırlandı
Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov haqqında Meksikanın ən nüfuzlu radiosunda veriliş hazırlanıb. 
Bu barədə musavat.com-a muğam ifaçısının mətbuat katibi Səadət Möhübova məlumat verib. 
Məlumata görə, Codigo DF: Radio Cultural en Linea adlı radioda hazırlanan verilişdə xanəndə haqqında geniş danışılıb və sənətkarın oktyabrın 19-dan 23-dək Meksikanın müxtəlif şəhərlərində verdiyi silsilə konsertində səsləndirdiyi musiqi nömrələrində istifadə edilib.
Həmin konsertin təşkilatçısı olan “Discos Corason S.A” şirkəti Alim Qasımovu “Ənənəvi musiqi ən yaxşı konsert” nominasiyasında “Lunas del Auditorio” musiqi mükafatına namizədliyini irəli sürüb. 
Cia.az