|
Habil Əliyevin xatirə gecəsi keçiriləcək
Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustadı, Azərbaycanın xalq artisti Habil Əliyevin xatirə gecəsi keçiriləcək.
Bu barədə Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Xatirə gecəsi noyabrın 13-də saat 19.00-da keçiriləcək.
Mərasimdə Habil Əliyevin sənət dostları, ailə üzvləri, elm və mədəniyyət xadimləri iştirak edəcək. 
Xatırladaq ki, Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib.
Cia.az