Aparıcı Ece Erkenin boşandığı əri, iş adamı Sərkan Uçar ona söz atanlara bıçaqla hücuma keçib.
S.Uçarın restoranların birində şam edərkən ucadan danışması yan masada əyləşənləri narahat edib. Onlar aparıcının keçmiş həyat yoldaşına “Səsini azalt. Sən adamsan?” deyərək lağ ediblər. Bu isə Sərkanı hövsələdən çıxarıb. Mətbəxə qaçan iş adamı əlində bıçaqla qayıdaraq ona söz atanları qovmağa başlayıb.
Dostları tərəfindən sakitləşdirilən Sərkan Uçar həmin şəxslərin qaçaraq uzaqlaşdığını görərək evinə yollanıb.
Cia.az
