|
İradə qayınanasının ünvanına bu sözləri dedi

Türkiyəli iş adamı Ceyhun İzərlə ailəli olan müğənni İradə İbrahimova qayınanası ilə övladlarının fotosunu paylaşıb. 
İfaçı qayınanasının ünvanına təriflər yağdırıb: 
“Nənəmizin hazırkı vəziyyəti. Deyəsən, onu bir az qısqanırıq. Mənim fədakar, ürəyi gözəl, özündən başqa hər kəsi düşünən, heç bitməyən sevgisi ilə, qayğısıyla bizi qoruyan, buradakı əlim-qolum, yeri gələndə rəfiqəm, anam, başımı sinəsinə qoyub rahatlıqla ağlaya biləcəyim, sirr ortağım və nəhayət “qayınanalıq”dan başqa mənə hər şey edən, rahat şəkildə “Ana” dediyim Zəfər xanım! Allah səni başımızdan əksik etməsin, uzun ömür, can sağlığı versin! Sayəndə çox şey öyrəndim, canım anam. Evlilikdəki alicənablığımı, səbrimi və çox şeyi sənə borcluyam. Etdiklərinə görə nə qədər təşəkkürümü bildirsəm, azdır. Bunları yazmaq ürəyimdən gəldi. Böyüklərimizin qədrini bilək, hörmətini saxlayaq. Bütün analarımıza uzun ömür, can sağlığı diləyirəm!”. 

Qeyd edək ki, İradə İbrahimovanın İpək adlı qızı və Əli adlı oğlu var. 

Cia.az