Gürcüstanın Şorapani kəndində yerli hakimiyyət noyabrın 2-nə keçən gecə İosif Stalinin bir qrup şəxs tərəfindən qeyri-qanuni şəkildə ucaldılan heykəlini söküb.
Bu barədə “Qruziya Online” respublikanın Zestafon rayon administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Böyük Vətən müharibəsində həlak olanların xatirə lövhəsinin yanında ucaldılan heykəlin sökülməsi zamanı bir qrup fəal fəhlələrin işinə mane olamağa çalışıb. Sonradan hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Məlum olub ki, abidənin ucaldılmasının təşəbbüskarı Zestofan şəhərinin qanunvericilik məclisinin deputatı Koba Qoçaleişvildir.
Mənbənin verdiyi məlumata görə, o, "söküntü işlərinə mane olduğu üçün" polislər tərəfindən saxlanılıb
Cia.az
