Bu gün İran İslam respublikası ilə Azərbaycan respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya səfər edəcək.
Səfər çərçivəsində Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq.
Sabah isə İran İslam Respublikasının İslam əlaqələri və mədəniyyəti təşkilatının sədri Abuzər İbrahimi Bakıya səfər edəcək.
Səfər çərçivəsində A. İbrahimi bir sıra görüşlər keçirəcək.
Görüşlərdə İran ilə Azərbaycan arasında mədəniyyət və din sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
