|
“Azərsu”nun su maşını qəzaya düşdü -

Ələt-Astara yolunun Lənkəranın Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Azərsu” ASC-yə məxsus “Ford”su maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü yaralanıb.

Hadisə nəticəsində minik avtomobili sürüşərək yoldan çıxıb.

Hər iki avtomaşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az