|
Sevgilisini dəniz kənarında zorladı -

Bakıda 23 yaşlı qız dəniz kənarında zorlanıb.

Qız sevgilisi tərəfindən zorlanıb.

Hadisə Xəzər rayonu ərazisində baş verib. Buzovna qəsəbəsində dəniz kənarında görüşən sevgililərin görüşünün sonu cinayətlə nəticələnib.

Qəsəbə sakini 1984-cü il təvəllüdlü Əli Hüseynov (ad şərtidir) Bakı sakini 1992-ci il təvəllüdlü Cəmilə Əliyevanı (ad şərtidir) zorlayıb.

Xəzər Rayon Polis İdarəsinə müraciət edən qız bildirib ki, sevgilisi onun iradəsinə zidd olaraq, döyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Araşdırma aparılır.

Cia.az