Xalq artisti, ustad xanəndə Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə İsveçrənin Cenevrə şəhərində konsert proqramı ilə çıxış edəcək.
Bu barədə xanəndənin mətbuat katibi Səadət Möhübova musavat.com-a bildirib. Məlumata görə, Asiya musiqisi və rəqs festivalı nəzdində keçirləcək konsert noyabrın 5-də Aga Khan Trust for Culture şirkətinin təşəbbüsü ilə baş tutacaq.
Əməkdar artist Fərqanə Qasımova ilə birgə səhnəyə çıxacaq Alim Qasımovu tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Ələsgərov müşayiət edəcək. Konsert proqramında Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları və təsnifləri səslənəcək.
Qeyd edək ki, bu günlərdə xalq artisti qızı ilə birgə Norveç qastrol səfərindən dönüb.
Cia.az
