Noyabrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, şair-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Səhnə əsərinin rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.
Səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova və başqaları rol alıblar.
Tamaşa meşə heyvanlarının zəlzələ olacağı barədə xəbəri insanlara çatdırmasından bəhs edir.
Yeni tamaşa uşaqlara xeyirxahlıq, mərhəmət, ətrafındakılara kömək əli uzatmaq kimi nəcib hisslər aşılayır.
Cia.az
