Özbəkistanın podrobno.uz və uchildiz.uz portalları özbək və rus dillərində Bakı şəhərinin tarixi haqqında geniş məqalə yayıb.
Məqalənin əvvəlində İçərişəhər və buradakı tarixi abidələr haqqında məlumat verilir.
Bildirilir ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhərin abidələri, o cümlədən Qız qalasını və Şirvanşahlar saray kompleksini hər il minlərlə turist ziyarət edir. Bakı xanlarının sarayı, Bazar meydanı, Buxara karvansarayı və digər abidələr buraya gələnləri valeh edir. Diqqətə çatdırılır ki, İşərişəhərdə sovet dövrünün bir sıra məşhur filmləri-“Tehran-43”, “Brilliant əl”, “Aybolit-66”, “Adam-amfibiya” və s. çəkilib.
Məqalədə Bakının simvoluna çevrilən “Alov qüllələri”, Dənizkənarı park haqqında da bəhs edilir. Həmçinin oxuculara Azərbaycan mətbəxi, xalçaçılıq sənəti və kəlağayı, “Qobustan” dövlət tarix-bədii qoruğu ilə bağlı məlumat verilir.
Bundan başqa, müasir Bakının gözoxşayan tikililəri barədə də söhbət açılır. Məqalədə İçərişəhərin qədimliyini nümayiş etdirilən küçə və abidələrin, müasir Bakının fotoşəkilləri yerləşdirilib.
Cia.az
