Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Mixayl Zadornovun “Sonuncu cəhd” pyesi əsasında hazırlanan "Ər almaq istəyirəm" tamaşası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, noyabrın 7-də təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Aleksandr Şarovskidir.
Tamaşada baş rolları Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, aktyorlar Murad Məmmədov, Həcər Ağayeva, Anaida Rostovskaya ifa edəcəklər. Tamaşanın dekorasiya üzrə rəssamı Arif Əbdürrəhmanov, geyim üzrə rəssamı isə Olqa Abbasovadır.
Qeyd edək ki, tamaşanın əsas süjet xətti iyirmi illik həyat yoldaşına xəyanət edən kişinin məhəbbət macəralarından bəhs edir. Komik planda təqdim edilən süjet xəttinin digər tərəfində əslində ciddi həyati məqamlar durur.
Cia.az
