|
“Monako” Bakıya qələbə ilə gəlir

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Monako” bu gün Fransa liqasında 12-ci turun oyuna çıxıb. Qol.Az-ın xəbərinə görə, öz meydanında “Anjers”i qəbul edən “Monako” qələbə qazanıb.

“Monako” – “Anjers” – 1:0
Qol:
 Mario Pasalik, 36

Bu qələbə sayəsində “Monako” turnir cədvəlində 6-cı pilləyə (20 xal) yüksəlib. 
Komanda növbəti oyununu noyabrın 5-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.

Cia.az