Bu gün Belçika çempionatında 14-cü turun oyunları davam etdirilib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” turnir cədvəlinin son sıralarında qərarlaşan “Mouskron” üzərində qələbə qazanıb.
“Anderlext” - “Mouskron” – 2:0
Qollar: Endi Najar, 58, 90
Bu qələbə sayəsində “Anderlext” ikinci pilləyə yüksəlib. Komandanın 14 oyundan 29 xalı var. Bir o qədər oyundan 30 xalı olan “Gent” isə birinci pillədədir.
Cia.az
