|
"Barselona" "Qəbələ"yə üç qol vuran futbolçu ilə maraqlanır

"Barselona" "Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanqı transfer etmək istəyir.

Bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, son oyunlarda vurduğu qollarla diqqət çəkən Obameyanqı Kataloniya klubunun baş məşqçisi Luis Enrike komandasında görməyi düşünür.

Qeyd edək ki, Obameyanq Avropa Liqasında "Qəbələ"yə qarşı matçda het-trikə imza atıb. O, son açıqlamasında gələcəkdə La Liqada oynamaq istədiyini deyib.

Cia.az