|
Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 271,2 milyon dollar azalıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.

Bankın valyuta ehtiyatları sentyabrda 271,2 mln. dollar və ya 3,71% azalaraq 7 mlrd. 44,2 mln. dollara düşüb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarında 7 mlrd. 998,2 mln dollar və ya 53,17% azalma qeydə alınıb.

Cia.az