|
"Bank Technique"in rəhbərliyində növbəti təyinat

"Bank Technique" ASC-nin İdarə Heyətinə daha bir təyinat baş tutub.

Bankdakı mənbədən APA-ya bildirilib ki, İlham Bahadurov bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.

Bundan öncə İ. Bahadurov uzun müddət ərzində adıçəkilən bankda müxtəlif vəzifələrdə çalışıb.

"Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi formalaşmaqdadır. Hələlik başqa təyinat yoxdur", - deyə mənbə bildirib.

Bankdan sayta xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, bundan öncə "APA-Economics"in verdiyi xəbərə görə, Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Onun birinci müavini Samir Baxşəliyev təyin olunub.

Cia.az