Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin və Yunanıstan parlamentinin üzvü Symeon Kedikoğlu parlament seçkiləri ilə bağlı konfrans keçirib. Symeon Kedikoğlu bildirib ki, Bakıda 3 gündür seçki prosesini müşahidə edib: "Seçkilər pozulma olmadan həyata keçirilib. Bütün hallarda normal keçirildiyinin şahidi olduq. Heç bir problemə rast gəlmədik".
Bolqarıstan Parlamentinin üzvü Peter Georgiyev Kayev bildirib ki, seçki Avropa qaydalarına uyğun idi. Demək olar ki, eyni səviyyədə idi. Azərbaycana artıq 10 ildir ki, gəlirəm. Bütün seçkiləri izləmişəm. Hamısı da pozuntu olmadan keçirilib.
Serbiya Parlamentinin üzvü İqor Becic çıxış edərək deyib ki, seçki sahəsində bir neçə illik təcrübəsi var: "Azərbaycanda seçki təşkilatçılığı çox yüksək səviyyədə idi. Çoxlu məntəqələrə baş çəkdik, heç bir pozuntu ilə rastlaşmadıq. Serbiya Parlamentini 10 nümayəndə təmsil edirdi. Mənim və həmkarlarımın fikri budur ki, Azərbaycanda demokratik proseslər keçir. Seçkiləri tam şəkildə demokratik keçən Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanla Serbiya arasında yüksək əməkdaşlıq əlaqələri vardır və ümid edirəm ki, bu əlaqələr daha da inkişaf edəcək".
Cia.az
