Rusiya Mərkəzi Seçki Komissiyası Azərbaycanda baş tutan parlament seçkilərini dəyərləndirib.
Vladimir Çurov bildirib ki, seçki demokratik şəraitdə baş tutub və ATƏT-in müşahidə şurasının yoxluğu onun nəticələrinə təsir etməyib:
“Seçkilər yaxşı təşkil edilmişdi, məntəqələr normalara uyğun hazırlanmışdı. Bu, Azərbaycan qanunvericiliyinə tam uyğun dürüst, şəffaf, demokratik seçki idi.
Çurav vurğulayıb ki, ATƏT-in müşahidə şurasının iştirak etməməsi seçki təşkilinə də təsir etməyib.
Cia.az
