|
Təyyarə qəzası: 4 ölü

Boliviyada yüngül motorlu təyyarə qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Boliviyanın Trinidad şəhərindən beş kilometr uzaqlıqda içərisində 4 nəfər olan yüngül motorlu təyyarə qəzaya uğrayıb. Aviqəza zamanı təyyarədə olanların həlak olduğu bildirilir.

Həlak olanlar arasında — təyyarənin pilotu, hərbi qulluqçu və yerli seçki komissiyasının iki əməkdaşı, olduğu qeyd edilir.

Hal-hazırda qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara əsasən, qəza vaxtı yağış yağılrdı və güclü duman mövcud idi.