İraqın baş naziri Heydər Abadi aralarında Bağdadın da olduğu bir çox şəhərdə fövqəladə vəziyyət elan edib.
Buna səbəb durmadan yağan yağışlar olub.
Baş nazirliyin mətbuat bürosundan verilən açıqlamada bunlar qeyd edilib:
“Baş nazir drenaj sisteminin həddindən çox yüklənməsi və yağış sularının çəkilməməsi üzündən zərər görən bölgələrdə fövqəladə vəziyyət elan edib”.
Xatırladaq ki, çərşənbə və cümə axşamı İraqda yağan güclü yağış bir çox şəhərlərdə yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.
Cia.az
