|
Nəşriyyata hücum:

Banqladeşdə dünyəvi kitablar çap edən nəşriyyata qiyməkeşlə hücum edilib. 

Nəşriyyatın sahibi 43 yaşlı Faisal Arefin Dipon öldürülüb. Dipon həm də nəşriyyatın redaktoru imiş. Hadisə barədə Diponun yazıçı olan atası məlumat verib. O qeyd edib ki, oğlunun cəsədini başı kəsilmiş halda tapıb. Cəsəd qan gölünün içində olub. 
 
Xatırladaq ki, fevral ayında ölkədə blogger Ajivit Roya hücum edərək onu doğramışdılar.
Cia.az