Milli Məclisə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı saat 12:00-a olan rəsmi məlumat açıqlanıb.
Cia.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, bu saata qədər respublika üzrə səs vermiş seçicilərin sayı ümumi sayı 1 468205 nəfərdir.
Ölkə üzrə 28,2 faiz seçici fəallığı müşahidə olunub.
Qeyd edək ki, ölkə üzrə seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.
Bakı şəhərinin 29 dairəsi üzrə 26,4 faiz, bölgələr üzrə 89 dairədə isə 27,9 faiz seçici fəallığı qeydə alınıb.
Cia.az
