Prezident İlham Əliyevin hələ 6 ay əvvəl tikintisi üçün 3,2 milyon ayırdığı yolda hələ də tikinti işlərinə başlanmayıb.
Son yağışlardan sonra yol daha da yararsız vəziyyətə düşüb. Xatırladaq ki, dövlət başçısı 14 aprel 2015-ci il sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən həmin yolun tikintisi üçün Lənkəran İcra Hakimiyyətinə 3,2 milyon manat ayırmışdı.
Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyətindən "Qafqazinfo" ilə əlaqə saxlanılıb. Bildirilib ki, videodakı yol prezidentin pul ayırdığı yol deyl: "Pul ayırılan yolda hazırda iş gedir və orada belə görünrü yoxdur". İH-dən bildirilib ki, indi Aşağı Nüvədi-Kənarmeşə-Şürük yolundan videokadrlar hazırlanır və bir azdan sayta təqdim olunacaq.
Sakinlərin göndərdiyi Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun son görüntüsünü təqdim edir:
