|
Müşahidəçilər icra başçısı ilə görüşdülər

Bu gün Türkdilli dövlətlərin Parlament Assambleyasının müşahidəçiləri Ömər Kocamanın rəhbərliyi ilə Gəncəyə gəlib. Onlar 1 noyabr Milli Məclisə seçkilər günü Gəncədə müşahidəçilik missiyasını yerinə yetirəcəklər.

Qonaqları Gəncə şəhər İcra Hakimiyyətnin başçısı Elmar Vəliyev qarşılıyaraq, onları görməkdən məmmunluğunu bildirib.

Ömər Kocaman onları qonaqpərvərliklə qarşıladığına görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib və Gəncəyə səfərin başlıca məqsədinin 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərin müşahidə etməkdən ibarət olduğunu deyib.O

Gorüşdən sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidəçiləri hazırlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün seçki məntəqələrində olublar.

Cia.az