Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Misirdə fövqəladə vəziyyət elan edilib.
Ölkənin Baş naziri Şərif İsmayıl bütün görüşlərini ləğv edib, nazirlər səviyyəsində böhran komitəsi yaradılmasına göstəriş verib.
MENA agentliyinin xəbərinə görə, Misir Hərbi Hava Qüvvələri hərəkətə keçib, təyyarə qəzaı baş verən bölgəyə xeyli təcili tibbi yardım briqadaları göndərilib.
Xatırladaq ki, Rusiyaya məxsus 7K9268 səfər saylı Airbus A320 tipli sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. 217 sərnişin və 7 ekipaj üzvünün haməısı həlak olub.
Cia.az
