|
Döyülən gəlin zəhər içdi -

Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
Xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib. Atası Allahverdi Mustafayev bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb. O, qızının dəfələrlə zorakılğa məruz qaldığını deyib:

“Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.
Faktla bağlı N. Qasımovanın valideynləri Ağcabədi rayon Polis Şöbəsinə müraciət ediblər, araşdırma aparılır.

Cia.az