|
Senator Laxova:

“Azərbaycanda sabitlik və sakitlikdir. Əgər bu ölkədə narahatlıq və qeyri-sabitlik olsaydı, hamı o dəqiqə bu haqda danışardı.

Mən həm Azərbaycan prezidenti İlham Əliyevə, həm də onun həyat yoldaşı Mehriban xanıma böyük hörmət və ehtiram hissi ilə yanaşıram. Bilirəm ki, Mehriban Əliyeva xeyriyyəçiliklə, qadın hərəkatını inkişaf etdirməklə, eyni zamanda öz ailəsi, uşaqları ilə məşğul olmağa çox vaxt ayırır. Ümumiyyətlə, Mehriban xanıma afərin! O, çoxları üçün gözəl nümunədir”.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Москва-Баку” portalına açıqlamasında rusiyalı senator, Rusiya Qadınlar İttifaqının sədri Yekaterina Laxova bildirib.

Azərbaycandakı seçkiqabağı vəziyyəti şərh edən rusiyalı senator bildirib ki, o, Əliyev partiyasının qələbəsinə inanır: “Buna heç bir şübhəm yoxdur. Əminəm ki, Əliyevin partiyasını qadınlar da dəstəkləyəcək. Çünki elektoratın ən fəal təbəqəsi məhz qadınlardır”.

Cia.az