|
“Xəzər Lənkəran”ın stadionunu su basdı

Lənkəranda yağan aramsız yağışlar Sütəmurdov çayının daşmasına səbəb olub.

Bir neçə gündür aramsız yağışların ardından çayın daşması nəticəsində ətrafı sel basıb.

Çayın yaxınlığından yerləşən Lənkəran Mərkəzi stadionu da bundan ziyan görüb. Stadionun bir hissəsi suyun altında qalıb. Hazırda suyu təmizləmək üçün arenada işlər görülür.

Cia.az