Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkiləri 40 təşkilatdan 501 beynəlxalq müşahidəçi izləyəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında bildirib.
Məzahir Pənahov seçkiləri izləmək üçün ümumilikdə 66 min müşahidəçinin qeydiyyatdan keçdiyini söyləyib.
O, bildirib ki, indiyə qədər MSK-da ölkə üzrə seçkilərin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında dairə üzrə seçkilərin müşahidə edilməsi üçün 63 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib.
Cia.az
